PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az goal.com saytına istinadən xəbər verir ki, 28 yaşlı forvardın adı “Çelsi” ilə birgə hallanır.
Kavani açıqlamasında London klubuna keçməyə hazır olduğunu bildirib. “Çelsi” rəhbərliyi hələ yayda Uruqvay yığmasının üzvü ilə danışıq aparırdı. Ancaq həmin vaxt tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.
“Arsenal”ın da transfer gündəmində yer alan futbolçunun yanvarda “Çelsi”yə keçəcəyi gözlənilir.
Karyerası ərzində “Palermo” və “Napoli” klublarının da formasını geyinmiş Kavani 2013-cü ildən PSJ-də çıxış edir.