Kavani “Mançester Yunayted” yolunda
21.01.2016 - 17:33
Uruqvay yığmasının hücumçusu Edinson Kavani PSJ ilə yollarını ayıra bilər. Apasport.AZ saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Kavaninin PSJ-də özünü yaxşı hiss etmədiyi və İngiltərəyə köçmək arzusunda olduğu bildirilir.
“Çelsi” və Madrid “Real”ının da transfer gündəmində yer alan Kavaninini “mankunianlar” nəyin bahasına olursa-olsun, heyətlərinə qatmaq niyyətindədilər.
“Mançester Yunayted” rəhbərliyi bu günlərdə fransızlara rəsmi təklif göndərməyi planlaşdırır.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0