Kavani İspaniya klubu ilə razılığa gəldi
06.05.2015 - 17:52
Kavani İspaniya klubu ilə razılığa gəldi

Uruqvay yığmasının üzvü Edinson Kavani PSJ klubu ilə yolları ayırmaq üzrədi. Apasport.az saytı xəbər verir ki, 28 yaşlı hücumçunun “Atletiko” ilə ilkin razılığa gəldiyi məlum olub.

 

Kavanidən “hə” cavabını alan madridlilər PSJ rəhbərliyi ilə də danışığa start veriblər. Fransızların bu təklifə qarşı çıxacağı inandırıcı görünmür.

 

PSJ-də əksər vaxtlarda mərkəz hücumçusu mövqeyində çıxış etməyən Kavani bundan narazıdı. Məhz bu səbəbdən təcrübəli forvard klubunu dəyişmək qərarına gəlib.

 

Qeyd edək ki, PSJ-yə 2013-cü ildə “Napoli”dən transfer olunan Kavani hazırkı komandasının heyətində ümumilikdə 91 oyunda 50 qola imza atıb.