Kavani qərarını verdi
04.04.2016 - 18:28
Kavani qərarını verdi

“Əvvəl-axır klubun prezidenti ilə söhbətim olacaq. Mən Parisdə qalmağa hazıram”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Edinson Kavani deyib.

 

Adı “Yuventus”la birgə hallanan uruqvaylı futbolçu özünü hazırkı komandasında yaxşı hiss etdiyini bildirib.

 

O qeyd edib ki, Zlatan İbrahimoviç kimi futbolçu ilə eyni komandada çıxış etməkdən məmnundu: “Həmişə PSJ-də özümə dəstək hiss etdim. İbrahimoviç kimi futbolçu ilə eyni komandada çıxış etmək xoşdu. Onunla birlikdə bütün komandanın səviyyəsi yüksəlir”.