Kaxaber Sxadadze: Futbolçularımın qarşısında baş əyirəm
16.05.2015 - 21:51
Kaxaber Sxadadze: Futbolçularımın qarşısında baş əyirəm

“İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə 1:1 hesabla bitən oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Öz komandası “İnter”i də ikinci olması münasibəti ilə təbrik edən gürcü mütəxəssis futbolçularının onun gözündə qəhrəman olduqlarını bildirib:

“Problemlərin fonunda  çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki,  çox gözəl bir oyun alındı”.

 

“Qəbələ”nin baş məqçisi Roman Qriqorçuk isə çətin oyun olacağını gözlədiklərini deyib: “Biz oyunun çətin olacağını bilirdik. Oyundan razıyam. İki yaxşı komanda mübarizə apardı. Düşünürəm ki, ədalətli nəticə ilə bitən matç gördüyüm ən maraqlı oyunlardan biri idi”.