Kaxaber Sxadadze: Həqiqətən də rəqibdən güclüsənsə...
12.09.2014 - 21:45
Kaxaber Sxadadze: Həqiqətən də rəqibdən güclüsənsə...

Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdır”. Apasport.az saytının məlumatına görə bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının V turunun “Araz Naxçıvan”la oyunu (3-1) haqda fikirlərini açıqlayıb: “İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydançada, həm də ağır meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.

 

Mənbə: pfl.az