“Kubok oyunu çempionat matçından fərqlənir. Səfərdə oynayan komanda üçün ilk görüşdə qol vurmaq çox önəmlidi". Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"nin qonağı olan "bankirlər" meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında rəqibin onlardan fərqləndiyini etiraf edib: "Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik. “Neftçi” şansından maksimum yararlandı. Biz indi bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 21-də keçiriləcək.