Kaxaber Sxadadze baş nazirlə eyni komandada
18.10.2014 - 09:50
Kaxaber Sxadadze baş nazirlə eyni komandada

Gürcüstanda maraqlı yoldaşlıq matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bu oyunda qonşu ölkənin baş naziri İrakli Qaribaşvili, daxili işlər naziri Aleksandr Çikaidze, energetika naziri Kaxaber Kaladze və hökumətin digər yüksək vəzifəli nümayəndələri iştirak edib.

 

Yoldaşlıq görüşünə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze, komandanın qapıçısı Georgi Lomaya, müdafiəçiləri - Laşa Salukvadze, Aleksandr Amisulaşvili, eləcə də “bankirlər”in keçmiş üzvü Aleksandr İaşvili də qatılıb. Sxadadze baş nazirlə eyni komandada olub. Bu oyun 4:4 hesabıyla başa çatıb.

 

Qeyd edək ki, “İnter”in gürcülərindən yalnız Baçana Sxadadze bu oyunun iştirakçısına çevrilə bilməyib.

0