“Tottenhem”in sabiq müdafiəçisi Ramon Veqa FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, isveçrəli keçmiş futbolçu artıq fikrini qətiləşdirib.
Gələn il, fevralın 26-da keçiriləcək seçkilərdə Veqa da şansını yoxlamaq niyyətindədi. 44 yaşlı isveçrəli bildirib ki, FİFA prezidenti olmaq üçün yetərincə təcrübəsi var. Bundan əlavə, o, özünü maliyyə məsələsində də bacarıqlı hesab edir.
2004-cü ildə karyerasını başa çatdıran Veqa daha sonra iqtisadi sferada fəaliyyət göstərib.
Qeyd edək ki, 1997-2001-ci illərdə “Tottenhem”in formasını geyinmiş Veqa 1993-2001-ci illərdə İsveçrə yığmasının da şərəfini qoruyub.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza