Kloppun gedəcəyi dəqiqləşdi
15.04.2015 - 20:39
Kloppun gedəcəyi dəqiqləşdi

“Borussiya”nın baş məşqçisi Yurgen Klopp mövsüm sonunda komandadan ayrılacaq”. Apasport.az saytının məlumatına görə, bunu mətbuat konfransında Dortmund klubunun prezidenti Hans-Yoahim Vatzke deyib.

 

O, mediaya bu barədə mütəxəssislə ortaq fikrə gəldiklərini açıqlayıb: “Alman məşqçi ilə uğurlu 7 illik keçirdik, lakin indi ayrıldığımız üçün üzgünük”.

 

Klopp isə komandadan nisbətən erkən ayrıldığını, bununla belə, futbolçularla problemlər yaşamadığını dilə gətirib: “Əvvəllər də bir gün layiqli və uğurlu olmadığımı görsəm, bunu rəhbərliyə söyləcəyimi demişdim. İndiki halda, son məqsədim komandanın builki mövsümü daha yuxarılarda bitirməsidi”.

 

Çalışdırıcı, hələlik digər klublardan təkliflər gəlmədiyini, lakin ara vermədən karyerasına davam edəcəyini sözlərinə əlavə edib.  

 

Xatırladaq ki, 2008-ci ildə komandaya gətirilən mütəxəssis “Borussiya”ya iki dəfə Almaniya çempionluğunu yaşadıb. Bundan başqa, bir dəfə ölkə kuboku və Super kuboku Dortmund klubuna nəsib olub.

 

Qeyd edək ki, komanda hazırda tunir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.