Dünya çempionatında Almaniya və Qana komandaları arasında görüş daha bir əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın ikinci qolunu vuran Miroslav Kloze dünya çempionatları tarixindəki rekordu təkrar edib.
İkinci hissədə meydana çıxan veteran futbolçu 71-ci dəqiqədə vurduğu qola komandasını məğlubiyyətdən xilas edib. Bu, Klozenin dünya çempionatlarının final mərhələsində vurduğu 15-ci qol olub. Kloze bu göstəriciyə görə braziliyalı Ronaldoya çatıb. Amma Ronaldo artıq karyerasını başa vurub. Klozenin isə keçirdiyi sonuncu çempionatda rekordu yeniləmək imkanı qalır.
Qeyd edək ki, Almaniya-Qana görüşü 2:2 hesabı ilə başa çatıb.