Klublar Komitəsi toplaşır
14.04.2015 - 16:29
Klublar Komitəsi toplaşır

Klublar Komitəsi yenidən bir araya gələcək. Apasport.az saytının məlumatına görə, komitə sabah növbəti iclasını keçirəcək.

 

Saat 11:00-da başlayacaq iclas “Hilton” otelində baş tutacaq. Toplantıda klub nümayəndələrinin müzakirəyə çıxaracağı əsas məsələ təzminatla bağlı olacaq. Belə ki, klub rəsmiləri yetişdirdikləri futbolçular başqa kluba keçərkən onlara təzminat ödənilməsinin tərəfdarıdılar.

 

Bundan başqa, oyunların teleyayım məsələsinin də müzakirəsi gündəmdədi. “Topaz” şirkəti ilə klublar arasındakı münasibətlə bağlı fikirlər səslənəcək.