Klublar Komitəsi yenidən yığışır
06.08.2015 - 13:35
AFFA-nın Klublar Komitəsi yeni mövsüm öncəsi bir araya gələcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclas sabah baş tutacaq.
“Hilton” otelində reallaşacaq iclas saat 11:00-da başlayacaq.
Toplantıda həftəsonu start götürəcək Premyer Liqanın 2015/16 mövsümü, eləcə də klublarımızın avrokuboklardakı çıxışı müzakirə olunacaq.
0
0