Adı müxtəlif klublara transferdə hallanan “Porto”nun hücumçusu Cekson Martines deyəsən nəhayət özünə klub tapmaq üzrədi. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, kolumbiyalı hücumçu “Milan”la anlaşmaq üzrədir.
Adriano Qallianinin şəxsən məşğul olduğu transfer məsələsi artıq sona yaxınlaşıb.
Belə ki, “rasionerlər” portuqaliyalıların istədiyi 35 milyon avro məbləği ödəməyə hazırdılar.
Yeganə problem isə ondadı ki, “Milan” klubu bu pulu müəyyən hissələrə bölüb ödəmək istəyir, “Porto” isə bütün məbləği birbaşa tələb edir.
Yaxın günlərdə tərəflərin ortaq məxrəcə gələcəyi gözlənilir.