Kolumbiyalı hücumçu “Sportinq”də
19.07.2015 - 21:43
Kolumbiyalı hücumçu “Sportinq”də

Kolumbiya millisinin hücumçusu Teofilo Qutierrez karyerasını Portuqaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə,  “Trabzonspor”un keçmiş futbolçusu “Sporting”lə 3 il müddətinə müqavilə imzalayıb.

 

Tərəflər razılığa gəlsələr Qutierrez daha 1 il də Lissabon klubunda çıxış edə bilər.

 

Kolumbiyalı hücumçunun “Sportinq”dən almaq istəyən komanda 40 milyon avro ödəməli olacaq.

 

Qeyd edək ki, Qutierrezin son komandası Argentinanın  “River Plate” klubu olub. O 2 il çıxış etdiyi Argentina klubunda 44 oyuna 22 qol vurub.