2017-ci il Konfederasiyalar Kubokunun püşkatma mərasiminin keçiriləcəyi şəhər bəlli olub. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərlə söhbətində Rusiyanın idman naziri Vitali Mutko deyib.
İyul ayında Peterburqda 2018-ci il dünya çempionatının püşkatmasını keçiriləcəyini deyən Mutko, bunu ilk ciddi sınaqları adlandırıb:
“Bu bizim üçün əsl sınaq xarakteri daşıyır. Düşünürəm ki, o mərasimə iştirakçı ölkələrin futbolçuları, federasiya prezidentləri və baş məşqçiləri qatılacaqlar. Həmin püşkatma ilin ən önəmli futbol hadisəsi olacaq”.
Hər şeyin qrafikə uyğun getdiyini qeyd edən nazir, Konfederasiyalar Kubokunun püşkatmasının isə 2016-cı ilin sonunda Kazanda baş tutacağını bildirib.