[b]"Azərbaycan yığması Pelermoya müdafiədə “oturmağa” gəlmişdi"[/b]
11.10.2014 - 01:43
[b]"Azərbaycan yığması Pelermoya müdafiədə “oturmağa” gəlmişdi"[/b]

“Futbolçuları tənqid eləmək istəmirəm. Heç nədən də şikayətlənməyə haqqım yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Antonio Konte deyib.


Milli komandamız AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Palermoda İtaliya ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə uduzub.

Oyundan sonra “Skuadra Adzurra”nın çalışdırıcısı fikirlərini bildirib: “Azərbaycan bizim qapımıza 1 zərbə belə endirməyi bacarmadı. Rəqib təsadüfdən qola sevindi. Azərbaycan millisinin qapısı önündə bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan Pelermoya müdafiədə “oturmağa” gəlmişdi. Rəqibin qol ümidi isə standard vəziyyətlər idi. Bu istəklərinə də çatdılar”.