Antonio Konte: Azərbaycanı analiz etmişik
09.10.2014 - 22:02
Antonio Konte: Azərbaycanı analiz etmişik

“Futbolçularımızın bəziləri zədələnib. O üzdən Andrea Pirlonu heyətə çağırdıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

 

Bu gün Antonio Konte millimizlə oyunun keçiriləcəyi “Rentso Barbera” stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.

 

Konte bunları deyib: “Yarımmüdafiənin cinahları üçün beynimdə planlaşdırdığım futbolçular var. Oyunun gedişatına görə seçimimi edəcəyəm. Nə qədər çox italyan oynasa, bir o qədər yaxşı olar. Amma xaricilərdən ən yaxşılarını heyətə cəlb etməliyik. Mənim üçün asan oyun yoxdur. Futbol hər yerdə inkişaf edir. Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar. Uşaqlar da bunu bilirlər. Təbii ki, Azərbaycanı analiz etmişik. Onların Bolqarıstanla oyununu görmüşük, Rusiya ilə matçlarına baxmışıq, ABŞ-la matçı izləmişik”.

0