“Yuventus”un baş məşqçisi Antonio Konte ikinci dəfə dalbadal “Qızıl skamya” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, bu mükafat mövsümün nəticələrinə uyğun olaraq İtaliya çempionatının ən yaxşı məşqçisinə verilir.
Konte mükafata 2012/2013 mövsümündə A seriyasında qələbəyə görə layiq görülüb.
26 səs toplayan 44 yaşlı Antonio Konte “Fiorentina”nın məşqçisi Vinçenso Montellanı geridə qoyub (23 səs). Üçüncü yeri “Napoli”nin keçmiş, “İnter”in isə hazırkı baş məşqçisi Valter Madzarri tutub.
Qeyd edək ki, B seriyasının ən yaxşı məşqçisi adını “Sassulo”nun keçmiş məşqçisi Eusebio Di Françesko qazanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”