Konte komandasını velosipedçilərə bənzətdi
13.10.2014 - 01:20
Konte komandasını velosipedçilərə bənzətdi

“İtaliya yığması mərhələnin başlanğıcında velosipedçilər kimi başını aşağı salıb, yoluna davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Antonio Konte deyib.

 

Təcrübəli çalışdırıcı AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə oyunöncəsi mətbuat konfransı keçirib.

 

Konte jurnalistlərin suallarını cavablandırarkən, bunları dilə gətirib: “Biz nə tənqidə qulaq asırıq, nə də öz ünvanımıza tərif yağdırmaq fikirimiz yoxdur. Unutmayın ki, bütün bir ayı birlikdə işləyirik və burada nəyisə böyüdüb, yaradırıq. Mən mühakimə etməzdən əvvəl bir qədər də oyunları gözləyərdim. Eyni zamanda, komanda artıq öz yolunda davam edir”.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsinin II turunda yığmamızı Palermoda 2:1 hesabı ilə məğlub edən İtaliya bu gün səfərdə Maltanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.