Kristiano Ronaldo kosmosda
17.06.2015 - 21:18
Kristiano Ronaldo kosmosda

Lissabon Universitetinin astronomları yeni qalaktika kəşf ediblər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, David Sobral adlı elm adamının başçılıq etdiyi alimlər qrupu kəşf etdikləri qalaktikanı CR 7 adlandırıblar.

 

Yeni ulduz kəhkəşanına verilən adın əsl açması “Cosmos Redshift 7” olsa da, ingilis mətbuatı iddia edir ki, portuqaliyalı alimlərin bu seçimində “Real Madrid”in və Portuqaliya milli komandasının üzvü, dünyaca məşhur həmyerliləri Kristiano Ronaldonun ad və soyadı əsas rol oynayıb.