Kristiano Ronaldo milli komandadan uzaqlaşdırıldı
14.06.2015 - 12:39
Kristiano Ronaldo milli komandadan uzaqlaşdırıldı

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santuş İtaliya ilə yoldaşlıq oyunu öncəsi bəzi futbolçuları milli komandanın düşərgəsindən uzaqlaşdırıb. Apasport.az saytının məlumatına görə, Ermənistana səfərdə qalib gələrək qrupda liderliyi möhkəmlədən portuqalların baş məşqçisi qeyri-rəsmi oyunda əsas futbolçularına istirahət vermək qərarına gəlib.

 

Bu səbəbdən Kristiano Ronaldo, Danni, Vilyam Karvalyo və Bernardo Silvanın millinin düşərgəsini tərk etməyə icazə verilib.