Kristiano Ronaldo Rusiyaya qarşı oynamaya bilər
30.10.2015 - 22:38
Kristiano Ronaldo Rusiya ilə Portuqaliya arasında baş tutacaq hazırlıq oyununda meydana çıxmaya bilər. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, noyabrın 14-də Krasnodarda oynanılacaq matçda oynamaq istəməyən Ronaldo lazımsız yorğunluq və mümkün zədələnmədən sığortalanmaq istəyir.
Komandanın baş məşqçisi Fernando Santuş da hücumda digər futbolçuları sınamaq istədiyini və bu səbəbdən Ronaldoya istirahət vermək fikrində olduğunu bildirib.
0
0