Kriştianu Ronaldodan yeni rekord
06.03.2014 - 13:27
Kriştianu Ronaldodan yeni rekord

İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo Portuqaliya millisinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Kamerun millisi ilə martın 5-də keçirilən yoxlama oyununda dubl edən hücumçu millinin ən yaxşı bombardiri olub.

Bu oyunadək yığmadakı qol sayında Pauleta ilə şərikli rekorda sahib olan Ronaldo 5:1 hesablı qələbədən sonra liderliyi ələ alıb. Artıq 110 matça 49 qol vuran hücumçu komandasının mütləq rekordçusudur.

Qeyd edək ki, milli komandadakı qol sayında dünya rekordu İran yığmasında 109 dəfə fərqlənən azərbaycanlı futbolçu Əli Daeiyə məxsusdur.