La Liqanın son iki turu ilə bağlı yekun qərar verildi
14.05.2015 - 15:54
La Liqanın son iki turu ilə bağlı yekun qərar verildi

İspaniya Futbolçular Birliyinin (AFE) La Liqanın son iki turunu boykot etmək istəyi baş tutmayıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, yerli məhkəmə bununla bağlı müraciətə baxıb və AFE-nin istəyini rədd edib.

 

Futbolçuların maliyyə borclarının lazımi səviyyədə tənzimlənməməsindən narazılıq bildirən İspaniya Futbolçular Birliyi bütün liqalarda tətil etmək qərarı almışdı.

 

Yerli hökumətin canlı yayım haqlarının hovuz sisteminə keçməsi və menecerlərin əməkhaqqısını futbolçuların ödəməsi ilə bağlı verdiyi qərarın dəyişməsini istəyən AFE rəhbəri Luis Rubiales məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə La Liqanın son iki turunun təqvimə uyğun keçirilməsini qərara alıb.

 

Beləliklə, XXXVII turun bütün oyunları mayın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mövsümün son turu isə mayın 23-nə təyin olunub.