La Liqanın son iştirakçısı da məlum oldu
21.06.2015 - 23:30
2015/16 mövsümündə İspaniya La Liqasında çıxış edəcək son komandanın da adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iki oyunun nəticəsində “Saraqosa”ya qalib gələn “Las-Palmas” primeranın sonuncu komandası olub.
Bununla da bu mövsüm “Sportinq Xixon” və “Betis”dən sonra sequndadan elitaya yüksələn üçüncü komandanın da adına aydınlıq gəlib.
Xatırladaq ki, komanda sonuncu dəfə 2001/02 mövsümündə yüksək divizionda mübarizə aparmışdı.
0
0