21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, mərhələnin yekunlarına əsasən müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısı müəyyənləşib.
Belə oyunçular sırasına Azərbaycan millisinin iki üzvü də düşüb. Lakin onların hər ikisi mənfi məqamla fərqlənib. Şəhriyar Əliyevlə İlter Taşkın ən intizamsız futbolçuların siyahısında “lider”lər sırasına daxil olub.
Bu siyahıya kiprli Kostas Layfis başçılıq edir – 3 sarı, 2 qırmızı. Finlandiyalı Tomas Lamın hesabında 5 sarı vərəqə və meydandan qovulma var. 3-cü yerin 4 iddiaçısı var. Hərəyə 4 sarı və 1 qırmızı vərəqə alanlardan ikisi Azərbaycan millisinin oyunçularıdır.
Lakin Şəhriyarla İlterin vərəqləri bir-birindən fərqlənir. Yalnız 1 qarşılaşmada cəzalanmayan birinci 4 oyunda sarı alıbsa, bunların birində qırmızı da görüb. İlter isə 2 oyunda xəbərdarlıq, birində isə iki sarı və bunların nəticəsi kimi qırmızı vərəqə ilə cəzalanıb.