Lempard “Mançester Siti”də oynaya bilər
02.08.2014 - 04:58
Lempard “Mançester Siti”də oynaya bilər

 

“Çelsi” klubunun keçmiş futbolçusu Frenk Lempard “Mançester Siti”də oynaya bilər. Apasport.az saytının məlumatına görə, futbolçunun yeni klubu “Nyu-York Siti” MLS-də 2015-ci ildən çıxış etməyə başlayacaq və futbolçunu müvəqqəti olaraq icarəyə verə bilər.

 

“Nyu-York Siti” bundan əvvəl David Vilya ilə bağlı da eyni addımı atıb. Vilya müvəqqəti olaraq “Melburn Siti”yə icarəyə verilib. Lempardın isə Pryemyer-Liqaya qayıtmaq ehtimalı daha böyükdür.

 

Qeyd edək ki, “Mançester Siti” “Nyu-York Yanks” beysbol klubu ilə bərabər “Nyu-York Siti”nin ən böyük səhmdarlarından biridir.