Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hollandiyalı legioneri Leroy Corc ən məhsuldar oyunçulardan ibarət “11-liy”ə daxil olub.
Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukrayna “Dnepr”inin qapısına yol tapmaqla qol sayını 4-ə çatdırıb. Bu oyunadək 2 dəfə Avroliqa, 1 dəfə Çempionlar Liqasında rəqib qapıçıları məyus edən Corc komanda yoldaşı Vüqar Nadirova da çatıb. Bu cütlük daha 3 futbolçu ilə birlikdə hərəyə 4 qol vurub. Onlar ümumi bombardirlər siyahısında 7-11-ci yerlərdə qərarlaşıb.
Qeyd edək ki, klublarımızın heyətində ən çox fərqlənən vuran iki oyunçudan biri – Reynaldo “Qarabağ”ın heyətində qol sayını artırmaq iddiasındadı. Onun kimi 7 qolun müəllifi olan Rəşad Sadiqov isə hazırda avrokuboklarda çıxış etməyən “Xəzər Lənkəran”ın şərəfini qoruyur.
|
yer |
futbolçu |
qol |
|
1-2. |
Reynaldo Silva |
7 |
|
|
Rəşad Sadiqov |
7 |
|
3. |
Baçana Sxadadze |
6 |
|
4-6 |
Əfran İsmayılov |
5 |
|
|
Julius Vobay |
5 |
|
|
Rəşad Sadıqov |
5 |
|
7-11. |
Badri Kvaratsxeliya |
4 |
|
|
Branimir Subaşiç |
4 |
|
|
Feliks Felipe Almeyda |
4 |
|
|
Leroy Corc |
4 |
|
|
Vüqar Nadirov |
4 |