[b]Lider Sumqayıtda, “Neftçi” istirahətdə, paytaxtda dördüncülük mübarizəsi[/b]
17.03.2015 - 10:03
[b]Lider Sumqayıtda, “Neftçi” istirahətdə, paytaxtda dördüncülük mübarizəsi[/b]

Sabah Topaz Premyer Liqasının XXVI turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsinə təsadüf edən son turun bütün görüşləri eyni gündə baş tutacaq.

 

Bu matçlar ilk “üçlük”də heç bir dəyişikliyə səbəb olmasa da, 4-cü yer uğrunda qiyabi mübarizə ilə diqqət çəkir. Fasiləyə ilk “dördlüy”ün sonuncusu kimi yollanmaq şanslarına malik “Qəbələ”, “Qəbələ” və AZAL paytaxtda keçiriləcək matçlarda qalib gəlməyə çalışacaq.

 

Günün ilk matçı “Bakı” və “Simurq” arasında olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan əyalət təmsilçisi qarşılaşmanın favoritidi. Autsayder isə ilk iki görüşündə 2 qol vura bildiyi rəqibini büdrətməyə çalışacaq.

 

Mövsümün ilk yarısında iki dəfə “sülh”lə ayrılan AZAL-la “Xəzər Lənkəran”ın qarşılaşmasında da meydan sahibləri daha şanslı hesab olunur. Turnir cədvəlinin qonşularının duelindəki qələbə paytaxt təmsilçisini avrokuboklar uğrunda mübarizə aparması üçün vacibdi. “Təyyarəçilər” fasiləyə 4-cü pillədə də yollana bilər.

 

Çempionatın lideri “Qarabağ” isə “Sumqayıt”la görüşəcək. Ağdam təmsilçisinin səfər oyunundan 3 xalla ayrılacağı inandırıcı görünmür. Düzdür, sumqayıtlılar çempiondan 3 xal almağı bacarıb. Lakin buna texniki qələbə sayəsində nail olublar.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. Avrokuboklar iddiasında olan “İnter”lə “Qəbələ”nin görüşü hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Bakılılar daha yüksək əyarlı mükafat uğrunda mübarizədə xal itirməmək əzmindədi. Əyalət klubu isə Avropa Liqasına vəsiqə verə biləcək 4-cü pilləni qorumaq üçün fasiləyə qələbə ilə yollanmalıdı.

 

Qeyd edək ki, XXVI turda “Neftçi” istirahət edir.


Topaz Premyer Liqası

XXVI tur

18 mart (çərşənbə)

15:00. “Bakı” – “Simurq”

İlk 2 dövrədəki oyunlar: 2:1, 2:5

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. AZAL - “Xəzər Lənkəran” 
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1

“AZAL Arena”

16:00. “Sumqayıt” – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: +:-, 0:2

“Kapital Bank Arena”

 

18:00. “İnter” – “Qəbələ”
İlk 2 dövrədəki oyunlar: 4:0, 1:1

 İnter Arena”

 

1

Qarabağ

22

15

4

3

37-19

49

2

İnter

22

11

10

1

37-10

43

3

Neftçi

23

11

6

6

27-18

39

4

Qəbələ

23

8

7

8

28-31

31

5

Simurq

22

8

5

9

31-26

29

6

AZAL

22

7

7

8

24-29

28

7

Xəzər Lənkəran

22

6

5

11

26-31

23

8

Sumqayıt

22

4

7

11

20-31

19

9

Bakı

22

2

5

15

15-50

11

 

Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 11 , Draqan Çeran ("Simurq") - 10 qol.