İddiaçılardan yalnız "İnter" xalsız qaldı - NƏTİCƏLƏR
16.03.2014 - 19:27
İddiaçılardan yalnız "İnter" xalsız qaldı - NƏTİCƏLƏR

Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşmaları Bakıda baş tutub.

 

Çempionatın lideri “Qarabağ” bu ilin yeganə məğlubedilməzi “İnter”in qonağı olub. Mövsümdə iki dəfə rəqibini yenən Qurban Qurbanovun yetirmələri bu dəfə də “bankirlər”ə aman verməyiblər – 3:0.

 

Ötən turun uğursuzları “Bakı” ilə “Qəbələ” də paytaxtda üz-üzə gəlib. İki qolun vurulduğu matçda tərəflər hərəyə bir dəfə fərqləniblər.

 

Son çempion “Neftçi” paytaxt derbisində AZAL-ı qəbul edib. Oyun ərəfəsində “təyyarəçilər” baş məşqçi Vaqif Sadıqovla yollarını ayırdıqlarından, komandanı köməkçi-məşqçi Şakir Qəribov meydana çıxardıb. Qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Son 2 turda qalib gəlməklə mövqeyini yaxşılaşdıran “Rəvan” “Simurq” önünə bir sıra aparıcı oyunçuları olmadan çıxıb. “Bakı” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu düşünən paytaxt klubu Zaqatalada 2 cavabsız qolla uduzub.

 

“Xəzər Lənkəran” isə Premyer Liqanın autsayderinin qonağı olub. İlk dövrədə Sumqayıtda xal itirən cənublular bu dəfə tək qolla qələbə qazanıblar. 

 

Topazx Premyer Liqası

XXVI tur

16 mart


“Bakı” – “Qəbələ” - 1:1

Qollar:  Elvin Məmmədov, 90+1 - Daniel Subotiç, 81

İlk iki dövrədəki oyunlar – 1:2, 0:2

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 1. Aqil Məmmədov 12. Araujo Santos 3. Yure Travner 5. Ruben Qonzalez 4. Mario Alvarez 31. Vüqar Mustafayev 23. Lukas Mario Horvat 16. Xavyer Junior 17. Risto Ristoviç  8. Cavid Hüseynov 11. Rauf Əliyev (k)

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski 34. Şəhriyar Əliyev 24. Georgios Pelagias 21. Elvin Məmmədov 22. Namiq Ələsgərov 19. Marius Pena 10. Aleksandar Soliç

 

“Qəbələ”: 1. Kamran Ağayev (k) 7. Marat İzmaylov  8. Nizami Hacıyev  10. Luis Hilario 14. Lorenzo Ebesilio 16. Ruslan Tağızadə  18. İbrahima Niasse 1. Daniel Subotiç 36. Elnur Allahverdiyev 42. Leonardo da Silva  44. Rafael Santos

Ehtiyat oyunçular: 30. Anar Nəzirov 9. Viktor Mendi 17. Nuran Qurbanov 19. Abdulvahid Afolabi 22. Lourival Assis 46. Davronjon Erqaşev 88. Müşfiq Teymurov

 

“Simurq” – “Rəvan” - 2:0

Qollar: Rəşad Eyyubov, 1; Draqan Çeran, 31

İlk iki dövrədəki oyunlar – 2:0, 3:0

Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa 5. Anderson Oliveyra 7. Ruslan Poladov (k) 9. Mindauqas Kalonas 10. Rəşad Eyyubov 11. Draqan Çeran 18. Tural Axundov 20. İdan Vaytsman 26. Benjamin Lambot 30. Raul Kostin  77. Nicat Qurbanov

Ehtiyat oyunçular: 35. Amil Ağacanov 4. Dilaver Zrnanoviç 6. Taqim Novruzov 17. Rüstəm Məmmədov 21. Murad Səttarlı 15. Stepan Polyak 22. Salif Ballo


“Rəvan”: 85. Kamal Bayramov (k) 19. Hüseyn Axundov 16. Orxan Lalayev 28. Boyan Markoviç 7. Elvin Həsənəliyev 30. Cəmşid Məhərrəmov 41. Kamil Kopunek              6.  Ceyhun Cavadov 9. Elnur Abdulov 10. Tyaqo de Souza 14. Xuan Manuel Varea

Ehtiyat oyunçular: 99. Murad Qənbərov 3. Məmməd Quliyev 11. Kamil Nurəhmədov 24. Yamin Ağakərimzadə 26. Rüfət Cəlilov

 

 

“Sumqayıt” – “Xəzər Lənkəran” - 0:1

Qol: Dejan Blajevski, 65

İlk iki dövrədəki oyunlar – 1:1, 3:4

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev 4. Samir Abasov (k) 7. Pərdis Fərcad-Azad 9. Tərzin Cahangirov 10. Uğur Pamuk 15. Nodar Məmmədov 17. Adil İbrahimov 18. Aleksandr Çertoqanov 21. Məhəmməd Mirzəbəyov 92. Bəxtiyar Həsənalızadə 99. Rəhman Hacıyev 

Ehtiyat oyunçular: 1. Andrey Popoviç 2. Şəhriyar Xəlilov 3. Vurğun Hüseynov 8. Aqşin Muxtaroğlu 11. Ruslan Nəsirli 14. Məhəmməd Qurbanov 88. Mirzağa Hüseynpur

 

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç 2. Slavik Alxasov 5. Tieqo de Xesus 6. Rasim Ramaldanov 8. Dejan Blajevski  10. Elnur Abdullayev (k) 12. Junior Nildo 23. Nikola Qliqorov 7. Manuel Skarlatake 30. Elias Ribeiro 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 7. Sadio Tounkara 11. Zohair Banouahi 14. Rahid Əmirquliyev 16. Adrian Pit 20. Etame Mbilla 42. Kamran Abdullazadə

 

 

 

“İnter” – “Qarabağ” - 0:3

Qollar: Leroy Corc, 38; Vüqar Nadirov, 60; Maksim Medvedev, 89

İlk iki dövrədəki oyunlar – 1:2, 0:2

“Şəfa” stadionu

“İnter”: 25. Səlahət Ağayev 3. Laşa Salukvadze 7. Ruslan Əmircanov 8. Mikel Alvaro 15. Yohan Bokonyano 19. Sezar Meza Kolli 20. Brüs Abdulaye 21. Arif Daşdəmirov 70. Vaqif Cavadov (k) 88. Derlis Meza Kolli 91. Coşqun Diniyev 

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya 5. Slavço Georgiyevski  9. Aleksandr İaşvili 11. Asif Məmmədov 27. Dieqo Madriqal 28. Baçana Sxadadze 47. Abdulla Abatsiyev

 

“Qarabağ”: 13. İbrahim Sehiç 2. Qara Qarayev 5. Maksim Medvedev 10. Muarem Muarem 17. Vüqar Nadirov 20. Riçard Almeyda 24. Admir Teli (k) 25. Ansi Aqolli
41. Leroy Corc 55. Bədavi Hüseynov 70. Marinaldo Silva

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 6. Hacı Əhmədov 7. Namiq Yusifov 9. Reynaldo Silva 11. Ulrix Kapolonqo 18. İlqar Qurbanov 19. Jaba Dvali

 

“Neftçi” – AZAL - 2:1

Qollar:  Araz Abdullayev, 5; 43 - Con Oluremi, 90+3 

İlk iki dövrədəki oyunlar – 4:1, 1:2

“Bakcell Arena”

“Neftçi”: 30. Saşa Stamenkoviç  2. Karlos Kardoso 7. Araz Abdullayev 9. Flavio Aleks Valensio  14. Bahodır Nasimov 15. Erik Ramos 16. Bruno Bertuççi 19. Mirhüseyn Seyidov 22. Mahir Şükürov (k) 32. Elvin Yunuszadə 90. Ernest Nfor 

Ehtiyat oyunçular: 1. Pavels Doroşevs 3. Denis Silva 5. İqor Mitreski 8. Elşən Abdullayev 11. Melvin Platye  21. Samir Məsimov 23. Ruslan Qurbanov

 

AZAL: 1. Ruslan Məcidov 4. Jose Junior Ailton 17. Viktor İqbekoyi (k)  20. Branislav Arsenyeviç 26. Kərim Diniyev 31. Şəhriyar Rəhimov  5. Murad Ağayev 32. Laşa Kasradze 15. Oskars Klava 10. Con Oluremi 89. Nedo Turkoviç

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə 28. Emin Cəfərquliyev 7. Cavid Tağıyev  8. Qərib İbrahimov 9. Orxan Həsənov 18. Samuel Barlay 22. Axtam Xamroqulov

 

 

 

1

Qarabağ

26

16

7

3

47-14

55

2

Neftçi

26

13

6

7

39-33

45

3

Qəbələ

26

13

5

8

36-24

44

4

İnter

26

12

6

8

37-30

42

5

Bakı

26

12

6

8

41-28

42

6

Simurq

26

9

9

8

27-19

36

7

Xəzər L

26

8

10

8

27-35

34

8

AZAL

26

6

8

12

24-38

26

9

Rəvan

26

3

8

15

15-45

17

10

Sumqayıt

26

2

7

17

16-44

13

Bombardir: Reynaldo (Qarabağ) - 13