Limam Seydi İsveçrə klubunda
08.01.2016 - 10:31
Bakının “İnter” klubunun sabiq futbolçusu Limam Seydi karyerasını İsveçrədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısından sonra paytaxt klubundan ayrılan legioner “Arau”ya keçməyə yaxındı.
31 yaşlı hücumçu hazırda bu klubun düşərgəsindədi. İsveçrə təmsilçisi ilə danışıqlar aparan Limamın taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Seydi Topaz Premyer Liqasında 7 oyun keçirib, 1 qol vurub.
0
0