Lionel Messi Argentina millisindəki çıxışını bərpa etməyi düşünür. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri xəbər yayıb.
Ameriko Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra millidəki karyerasını başa vurduğunu deyən futolçunu bu qərarında döndərmək üçün bir çox şəxs cəhd etmişdi. Bildirilib ki, xüsusilə millinin yeni baş məşqçisi Bauzanın təkidi Leonu fikrindən daşındıra bilib.
Oyunçunun atasının tvitter səhifəsindən paylaşdığı Messinin Argentina millisindəki forması da iddiaların doğruluğunu təsdiqləyən amil kimi diqqət çəkir.
Qeyd edək ki, hətta Argentina prezidenti də onun DÇ-2018-də millidə çıxış etməyinə ümidli olduğunu bildirmişdi.