Lippert kimlərə dəvət göndərdi?
01.03.2014 - 15:50
Lippert kimlərə dəvət göndərdi?
Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bernard Lippert martın 5-də Tiraspol şəhərində Moldovanın müvafiq yaş qrupuna aid yığması ilə yoldaşlıq oyunu üçün 20 futbolçuya dəvət göndərib.

Milliyə çağırılan futbolçuların siyahısı belədir: Andriy Popoviç, Bəhtiyar Həsənalızadə, Rəhman Hacıyev, Şahrudin Maqomedaliyev, Maqomed Kurbanov (hamısı “Sumqayıt”), Tərlan Quliyev, Elşən Abdullayev, Elvin Bədəlov (hamısı “Neftçi”), Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Azər Salahlı, İlqar Ələkbərov (hər ikisi “İnter”), Vüqar Mustafayev, Namiq Ələskərov (hər ikisi “Bakı”), Urfan Abbasov, Ruslan Tağızadə (hər ikisi “Qəbələ”), Ceyhun Cavadov (“Rəvan”), Rəşad Eyyubov (“Simurq”), Emil Balayev (“Araz Naxçıvan”), İlter Taşkın (“Ayntraxt Braunşveyq”, Almaniya), Umut Sonmez (“Memmingen”, Almaniya).
 
0