Luçesku “Şaxtyor”dan gedə bilər
14.03.2014 - 04:09
Luçesku “Şaxtyor”dan gedə bilər

 

 

Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku komandanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, “vəziyyətə ailəmlə bir yerdə qərar verəcəyəm” deməsi, rumıniyalı mütəxəssisin ölkəni tərk etməyə hazırlaşdığı kimi dəyərləndirilib.

 

2004-cü ildən “Şaxtyor”un baş məşqçisi olan Luçesku son zamanlar Ukraynada yaranan vəziyyətdən narahat olmağa başlayıb. Buna qədər komandanı tərk edəcəyi ilə bağlı suallara birmənalı olaraq yox cavabı verən mütəxəssis artıq əvvəlki kimi əmin danışmır. O, sonuncu dəfə analoji suala belə cavab verib: “Ailəm məni hər yerdə müşayiət edir. Yaranmış vəziyyət bir çox məsələlərlə sıx bağlıdır. Ailəmlə bir yerdə qərar verəcəyəm”.

 

Xatırladaq ki, Luçesku bundan əvvəl Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarının da baş məşqçisi olub. Onun “Şaxtyor”u tərk etdiyi halda Türkiyəyə dönəcəyi istisna olunmur.