Luçesku "Şaxtyor"u tərk edir
10.04.2015 - 22:10
Luçesku "Şaxtyor"u tərk edir

Mirça Luçesku mövsüm sonunda baş məşqçisi olduğu “Şaxtyor”u tərk edəcək. Apasport.az  saytının məlumatına əsasən, Türkiyənin “Millət” qəzetinə açıqlamasında rumıniyalı mütəxəssis Ukraynadakı karyerasına son verəcəyini deyib.

 

Luçesku hazırda ona edilən təklifləri dəyərləndirdiyini bildirib: “11 ildi ki, Ukraynadayam. Hazırda burdan getməyi düşünürəm. Türkiyəyə qayıda bilərəm. Amma indidən qəti fikir söyləmək çox çətindi”.

 

Qeyd edək ki, “Şaxtyor” ilə 8 ölkə çempionluğu yaşayan məşqçi, 5 dəfə də Ukrayna kubokunun sahibi olub. Onun ən yüksək göstəricisi isə 2009-cu ildə klubu ilə Avroliqanı qazanmasıdı.