“Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku İstanbulda oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, buna onu Ukraynadakı siyasi vəziyyət məcbur edib.
Roberto Mançininin istefasından sonra “Qalatasaray”a qayıtmaq təklifi alan, amma bir qədər fikirləşdikdən sonra “Şaxtyor”da qalmağa üstünlük verən rumıniyalı mütəxəssis komandasının ev oyunlarını Donetskdə oynamaq imkanından məhrum olub. Luçesku Çempionlar Liqasında keçirəcəkləri oyunların başqa ölkədə baş tutmasını istəyib.
Luçesku “Şaxtyor” rəhbərliyinə müraciət edərək, Çempionlar Liqasının ev oyunlarını ya Türkiyədə, ya da Rumıniyada keçirmək istədiyini vurğulayıb. Rumıniya Luçeskunun vətənidir. Türkiyədə isə “Beşiktaş” və “Qalatasaray”ın baş məşqçisi kimi çalışan mütəxəssisə çox sevirlər. Buna görə də, hər iki ölkədə “Şaxtyor”a dəstək böyük olacaq.