Luçeskudan “Qalatasaray”a şərt - Albayrak
29.03.2014 - 06:41
Luçeskudan “Qalatasaray”a şərt - Albayrak

 

Növbəti mövsümdə yenidən “Qalatasaray” futbol klubunun baş məşqçisi postuna gətiriləcəyi gözlənilən Mirça Luçeskunun İstanbul klubunun qarşısına şərt qoyduğu iddia olunur. Apasport.az saytının məlumatına görə, bunu rumıniyalı mütəxəssisin ən yaxın dostu deyib.

 

Uzun illərdir Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi olan Luçeskunun yaxın dostu, FİFA meneceri Konstantin Dumitrasku “Eurosport” saytının Türkiyə bölməsinə açıqlama verərək, baş məşqçinin Türkiyəyə dönməsinin mümkün olduğuna bildirib. Onun sözlərinə görə, Luçesku üçün ən önəmli məsələ layihələr və iqtisadi rahatlıqdır. Ukraynadakı siyasi vəziyyət pisləşdiyindən, futbolçular bu ölkədə oynamaqdan imtina edirlər. Bu isə yeni layihələrin ləğvinə gətirib çıxara bilər. Dumitrasku bu səbəbdən Luçeskunun Türkiyəyə dönməsinin mümkün olduğunu ifadə edib: “Luçeskunun “Qalatasaray”a dönməsi üçün iqtisadi və layihə şərtlərindən əlavə, daha bir şərti də var. O, çox sevdiyi bir şəxs olan Abdurrəhim Albayrağın idarə heyətinə daxil olmasını istəyir. Ukraynada da tez-tez Albayraq barədə danışan baş məşqçi hər fürsətdə özü üçün deyil, “Qalatasaray” üçün önəmli şəxslərin klubda yer almalı olduğunu vurğulayır”.

 

 

0