“Barselona”nın baş məşqçisi Luis Enrike bu gün Çempionlar Liqasının qrup mərhələsinin qrup mərhələsinin IV turunda Amsterdamda “Ayaks”la qarşılacaqları görüşü şərh edib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı Hollandiya klubu ilə matçda komandasının öz xəttini dəyişdirməyəcəyini bildirib.
Gənc çalışdırıcı öz fəlsəfəsi ilə qalib gəlməyi düşünür: “Barselona”da heç nəyi dəyişdirməyəcəyəm. İstəyirəm ki, komanda irəliləməyə nail olsun. Mən oyunu öz şəxsi fəlsəfəmlə qazanmaq istəyirəm. İki məğlubiyyətdən sonra 3 xala nail olmağın əsl vaxtıdır. “Ayaks”a qalib gələcəyimizi bilmirəm, amma bu da məni narahat etmir. Əgər evimizə qələbə ilə qayıtsaq, onda qrup mərhələsini lider kimi adlaya bilərik”.
Qeyd edək ki, “Ayaks” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.