Luis Suares “Ayaks”la oyunu səbirsizliklə gözləyir
04.11.2014 - 22:45
Luis Suares “Ayaks”la oyunu səbirsizliklə gözləyir

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la qarşılaşacaq “Barselona”nın hücumçusu Luis Suares Hollandiya klubu ilə oyunöncəsi fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin futbolçusu sabiq komandası ilə qarşılaşmanı səbirsizliklə gözləyir.

 

Suares bildirib ki, “Ayaksa” qol vursa, qol sevincini bayram etməyəcək: “Özümü yaxşı hiss edirəm. Hər gün komanda yoldaşlarımdan çox şey öyrənirəm. Həmçinin, Messidən də. Fəxr edirəm ki, belə oyunçu ilə bir klubda forma geyinirəm. Burada hamı mənə çox kömək edir. Özümü komandanın bir hissəsi kimi hiss edirəm. “Ayaks”la oyunu səbirsizliklə gözləyirəm. Hollandiya klubunun stadionu mənə xoş xatirələri yada salır. Əgər mən sabah qol vursam, onda keçmiş klubuma hörmət etdiyimə görə qol sevincimi bayram etməyəcəm”.

 

Qeyd edək ki, Luis Suares 2007-2011-ci illər arasında “Ayaks”ın formasını geyinib. O, bu illər ərzində 110 qarşılaşmada meydana çıxıb və 81 qola imza atıb.