"Barselona”nın yeni transferi Luis Suaresə icazə verilib. Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin hücumçusu İspaniya La Liqasının 9-cu turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə oynaya biləcək.
Suaresin cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Bunu üçün də Luisə 1 gün sonra baş tutacaq "El Klassiko"da forma geyinməyə heç bir əngəl qalmayacaq.
Qeyd edək ki, Suares DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılmışdı.