Luis Suareslə Corco Kyellini barışır
20.11.2014 - 00:30
Luis Suareslə Corco Kyellini barışır

“Barselona"nın hücumçusu Luis Suares və "Yuventus"un formasını geyinən Corco Kyellini barışıq məqsədi ilə görüş keçirmək niyyətindədirlər. Apasport.az saytının məlumatına görə, artıq hər iki futbolçunun agentləri gözlənilən görüşün tarixi barədə danışıqlara başlayıblar.

 

Suares və Kyellini arasındakı görüş KİV nümayəndələrinin iştirakı ilə baş tutacaq.

 

Qeyd edək ki, Suares DÇ-2014-ün Uruqvay - İtaliya matçında Corco Kyellinini dişlədiyi üçün futboldan 4 ay kənarlaşdırılıb. Forvard millinin heyətində 9 oyunluq diskvalifikasiya edilmişdi. Lakin Luisə “Barselona”nın heyətində məşq etməyə və yoldaşlıq matçlarında meydana çıxmağa icazə verilmişdi. Ötən ay Suaresin cəzası başa çatıb.