[b]Luka Modriç 6:0 haqda nə dedi? [/b]
14.10.2014 - 01:38
[b]Luka Modriç 6:0 haqda nə dedi? [/b]

“Qələbə qazandığımız üçün sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.

 

“Real”ın yarımmüdafiəçisi AVRO-2016-nın seçmə mərhələsində yığmamıza dogma publika önündə 6:0 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Düşünürəm ki, bu, vacib qələbələrdən biri idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Qalib gələcəyimizi gözləyirdim. Amma bu hesabla yox”.

 

Qeyd edək ki, Modriç oyunun 56-cı dəqiqəsində penaltindən fərqlənib.

0