Lukaku Premyer Liqanı A seriyasına dəyişir
25.06.2015 - 18:10
Belçikalı hücumçu Romelu Lukaku karyerasını İtaliyada davam etdirməyə çox yaxındı. Apasport.az saytının “La Gazetta Dello Sport”a istinadən məlumatına görə, futbolçu “Roma” ilə anlaşıb.
Tərəflər arasındakı müqavilənin detalları haqqında məlumat verilmir.
Lukaku ilə “Yuventus”un da maraqlandığı bildirilirdi, ancaq görünür “canavarlar”ın təklifi daha cəlbedici olub.
Qeyd edək ki, ötən mövsümü “Everton”da keçirən 22 yaşlı hücumçu Premyer Liqada 36 oyunda meydana çıxıb və 10 dəfə qol sevinci yaşayıb.
0
0