Lukas Podolski “Qalatasaray”da oynamaq istəyir
30.06.2015 - 22:18
Lukas Podolski “Qalatasaray”da oynamaq istəyir

“Qalatasaray”ın transfer siyahısında olan Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Lukas Podolski mümkün keçid haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu İstanbul təmsilçisində oynamaq istədiyini bildirib.

 

Belə ki, Antalya şəhərində tətildə olan polşa əsilli futbolçu “Galatasaray TV”yə bunları deyib:

 

“Qalatasaray”da oynamağı çox istərdim. Komandanın çox yaxşı azarkeşləri var. Sosial şəbəkələrdən mənə maraq göstərirlər. “Qalatasaray”la transfer görüşmələrim davam edir. Ümüd edirəm ki, bu transfer olacaq”.

 

Qeyd edək ki, Podolski 2012-ci ildən “Arsenal”da çıxış edir və klubla hələ 1 illik müqaviləsi var. Londonlular bu keçid üçün "Qalatasaray"dan 8 milyon avro tələb etdiyi deyilir.