Lyuboslav Penev: Azərbaycan və Malta yığmalarını çıxdıqdan sonra...
08.10.2014 - 13:14
Lyuboslav Penev: Azərbaycan və Malta yığmalarını çıxdıqdan sonra...

AVRO-2016-nı seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev yerli mətbuata açıqlama verib. Apasport.az xəbər verir ki, qrupun çətin olduğundan danışan mütəxəssis növbəti oyunlar haqqında fikirlərini bildirib.

 

Penev qrupda 4 komandanın Fransada keçiriləcək final mərhələsinə yollanmaq üçün mübarizə apardığını bildirib: “Biz çox çətin  qrupdayıq. Burada Azərbaycan və Maltanı çıxdıqdan sonra 4 komanda Avropa çempionatının final mərhələsində oynamaq üçün mübarizə aparır. Ümid edirəm ki, Fransaya gedəcək komandalar arasında biz də olacağıq. Xorvatiya çox güclü rəqibdir. Amma biz xarakter nümayiş etdirib Azərbaycanla oyunda olduğu kimi qələbə qazanmalıyıq. ”

 

 

Qeyd edək ki, Bolqarıstan millisi yığmamızı seçmə mərhələnin ilk oyununda Bakıda 2:1 hesabı ilə məğlub etmişdi.