Derbi öncəsi “Real”da daha bir itki
21.04.2015 - 14:59
Derbi öncəsi “Real”da daha bir itki

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atletiko” ilə cavab görüşü öncəsi “Real” daha bir ciddi itki ilə üzləşib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, hücumçu Kərim Benzemanın da aqibətinə aydınlıq gəlib.

 

Sağ dizindəki zədədən əziyyət çəkən fransalı forvardın hələ ən azı 10 gün də komandadan ayrı qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, Benzema da “Atletiko” ilə sabahkı qarşılaşmada iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Bezema ilə yanaşı, yarımmüdafiəçilər Qaret Beyl və Luka Modriç zədə, Marselo isə cəza ucbatından Madrid derbisini buraxacaq.