Madrid derbisində alman hakim
21.04.2015 - 13:50
Madrid derbisində alman hakim

Çempionlar Liqasının 1/4 final mərhələsinin sabah keçiriləcək oyunlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmalara Almaniya və Şotlandiyadan olan hakimlər təyinat alıb.

 

“Monako” (Fransa) və “Yuventus” (İtaliya) arasında görüşdə britaniyalı Uilyam Kallumun başçılıq etdiyi briqada ədaləti qoruyacaq. İspaniya klubları “Real”la “Atletiko” arasında Madrid derbisi isə almaniyalı Feliks Brixə həvalə olunub.

 

Qeyd edək ki. sabah baş tutacaq  hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.