Mahir Şükürov 90 dəqiqə oynadı
23.11.2014 - 00:20
Türkiyə PTT I liqasında X tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Mahir Şükürovun forması geyindiyi "Karşıyaka" "Bucaspor"u qəbul edib.
Görüşdə təmsilçimizin komandası 1:0 hesablı qələbə qazanıb. Şükürov meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0