“Neftçi” klubunun futbolçusu Mahir Şükürov Azərbaycan millisinin Dubayda təşkil olunacaq hazırlıqlarına çağırılmayacaq. Apasport.az saytının xəbərinə görə, yığmanın baş məşqçisi Berti Foqts 32 yaşlı müdafiəçinin xidmətindən imtina edib. Bu səbəbdən Şükürov martın 5-də Filippinlə baş tutacaq yoxlama oyunda da iştirak edə bilməyəcək.
Onun millidən kənarda qalmasına isə son 3 turda cəza üzündən meydana çıxmamağı və buna görə oyun praktikasının azlığı səbəb olub. “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XX turunun səfər matçında azarkeşlərə orta barmaq göstərməsi üzündən aldığı cəza Mahirə Dubay səfəri bahasına başa gəlib.
Qeyd edək ki, Mahir milli komandada 71 oyun keçirib və 4 qol vurub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”